Azərbaycanın Laçın dəhlizinə alternativ çəkdiyi yeni YOL –Xankəndi təşviş içində (FOTO)

Azərbaycan Laçın dəhlizinə alternativ yolun çəkilişi ilə bağlı işi davam etdirir. 

Azpost.info bildirir ki, bu barədə Sputnik Armenia peykdən çəkilmiş fotonu yayıb.  Bildirilir ki, Azərbaycan bu alternativ yolun çəkilişində xeyli irəliləyib.  Yeni yol Həkəri çayındakı körpüdən (Zəngəzura yaxın kənddən) başlanır və Kiçik Qaldərəsi kəndinə qədər uzanır.

Bu marşrut 9 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanat çərçivəsində planlaşdırılır.

Uzunluğu 28 kilometr olan bu yol Laçın rayonunun 6 kəndindən keçəcək.

Şuşanın Kiçik Qaladərəsi kəndindəki erməni icmasının rəhbəri Manvel Sarkisyan “Sputnik Ermənistan”a bildirib ki, azərbaycanlılar təxminən bir aya yaxındır ki, bu yaşayış məntəqəsinin yaxınlığında fəal tikinti işləri aparırlar.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Şuşanın Böyük Qaladərəsi kəndi və Xankəndiyə doğru uzanan mövcud avtomobil yolu istiqamətində tikintini sürətlə davam etdirir. “Bakının az qala yarısı burada işləyir, hərəsi heç olmasa bir bel götürsə, yol tez tamamlanacaq”, – Sarkisyan  bildirib.

Manvel Sarkisyan deyib ki, Rusiya sülhməramlıları hazırda Kiçik Qaladərəsi kəndinin yaxınlığında yerləşir. Onlar tikinti prosesinə müdaxilə etmir.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bu ilin fevralında verdiyi açıqlamada demişdi ki, Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu bu ilin iyun ayına qədər istifadəyə veriləcək.

 

 

 

Əvvəlki məqalə

“Ukraynaya konkret sənəd layihəsi vermişik, cavab gözləyirik” –

Sonrakı məqalə

Bakıda 15 yaşlı oğlan anasını küçədə niyə öldürüb? –