Azərbaycanın müdaifə naziri MDB və KTMT-nin nazirlərinin birgə görüşündə iştirak edəcək –Moskvada

Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə nazirləri iyunda Moskvada görüşəcəklər.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, adıçəkilən təşkilatların Müdafiə nazirliklərinin nümayəndələri fevralın 4-5-də Moskvada müdafiə nazirlərinin iyun görüşünə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd olunub ki, Azərbaycan, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistanın Müdafiə Nazirlikləri bu görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Respublika Taun Əleyhinə Stansiyanın adı dəyişib

Sonrakı məqalə

Koronavirus Belçikada da qeydə alındı