Koronavirus Belçikada da qeydə alındı

Çinin Uhan şəhərindən təxliyə olunmuş Belçika vətəndaşında koronavirus aşkar edilib.

Trend-in məlumatına görə, Belçika Uhan şəhərindən 9 vətəndaşını təxliyə edib.

Onlar hərbi hospitalda müayinədən keçirilib. Bir qadında koronavirus aşkar edilib.

Onun vəziyyətinin sabit olduğu, xəstəliyin əlamətlərinin müşahidə edilmədiyi deyilir.

Qadın karantinə alınıb və Brüsseldə xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın müdaifə naziri MDB və KTMT-nin nazirlərinin birgə görüşündə iştirak edəcək –

Sonrakı məqalə

Bakıda ağaca çırpılan motosikletin sürücüsü ölüb