“Azərbaycanın Zəngəzur dəhlizi layihəsini dəstəkləyirik” –Ərdoğan

“Azərbaycanın Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edirik və bunu dəstəkləyirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

R. T. Ərdoğan bildirib ki, bu layihənin həyata keçirilməsi Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni ortaq dəhliz açılacaq: “Bu, özündə çox böyük önəm əks etdirir. Pandemiyaya baxmayaraq, əkinçilikdən enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə – hər sahədə işbirliyimizi irəliyə aparmaq üçün ortaq səylərimizi davam etdiririk”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir