Azərbaycanla hərbi əməkdaşlıq Sazişini imzalamış sabiq Pakistan prezidenti vəfat edib

Pakistanın sabiq Prezidenti Pərviz Müşərrəf vəfat edib.

Azpost.info bildirir ki, bu barədə “trthaber.com” məlumat yayıb.

80 yaşlı Pərviz Müşərrəf uzun müddətdir müalicə aldığı Dubayda dünyasını dəyişib.

Pakistan Prezidenti kimi Pərviz Müşərrəf 8-10 iyul t2004-cü ildə  Azərbaycana rəsmi səfə edib.

Prezident İlham Əliyevlə görüşündən sonra iki ölkə arasında əlaqələr yeni mərhələyə   yüksəlib.

Həmin il Azərbaycan və Pakistan hökumətləri arasında “Müdafiə və hərbi  sahədə əməkdaşlıq haqqında Saziş” imzalanıb və bu əməkdaşlıq xüsusilə hərbi təhsil sahəsində uğurla inkişaf edib.

P.Müşərrəf Pakistanın 12-ci prezidenti olub. O, pu postda 2001 -2008-ci illərdə olub.

1943-ci il avqust ayının 11-də Britaniya Hindistanının Dehli şəhərində dünyaya gəlib.

1999-cu ildə Müşərrəf ölkədə çevriliş edərək hakimiyyəti ələ keçirib. 2001-ci ilin iyun ayının 20-dən etibarən Pakistan prezidenti olub. Pərviz Müşərrəf bir müddət Pakistanın Türkiyədəki səfirliyində də çalışıb.

2002-ci ilin aprelində ölkədə keçirilən referendumun nəticələri Müşərrəfə daha 5 il müddətinə iqtidarda qalma hüququ verdi.

Müşərrəf 2002-ci ilin oktyabr ayında ümumi seçkilər keçirməklə hərbi rəhbərliyi sivil idarəçiliklə əvəzləyəcəyini elan edib. Seçkilərdə Müşərrəfə yaxın olan Mir Zəfərullah Cəmali qələbə qazanıb və ölkənin baş naziri olub.

P.Müşərrəf 2008-ci ildə prezident vəzifəsindən istefa verib.

 

Əvvəlki məqalə

ABŞ Çinin hava şarını vurdu

Sonrakı məqalə

ABŞ Çinin casus şarına görə hava məkanını bağlayıb