Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılacağı halda Rusiya FTX-nin sərhəd qoşunlarının iştirakı məsələsinə baxılmır.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
“Rusiya FTX-nin sərhəd xidməti orqanlarına gəlincə, onların fiziki mövcudluğu üçtərəfli bəyanatın 9-cu bəndində (Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan, və Rusiya liderlərinin 2020-ci ildə imzaladığı bəyanat) nəzərdə tutulmayıb”, – Badalyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla komunnikasıuayaları açmağa, onların təhlükəsizliyinə zəmanət verərək, malların, nəqliyyat vasitələrinin və insanların öz ərazisindən keçməsini təşkil etməyə hazırdır: “Aydındır ki, Ermənistan bunu öz yurisdiksiyası və suverenliyi çərçivəsində etməlidir. Biz Azərbaycana blokun açılması prosesinə ən qısa zamanda başlamağı təklif və təklif edirik”.
Azpost.info