Azərbaycanla tərəfdaşlıq sabitliyi artırmaq məqsədi daşıyır- NATO-nun Hərbi Qərargahı

Azərbaycanla NATO arasında tərəfdaşlıq Avro-Atlantik sabitliyi artırmaq məqsədi daşıyır.

Bu barədə İctimaiyyətlə Əlaqələr və Strateji Kommunikasiyalar üzrə NATO Hərbi Komitəsinin rəhbərinin və NATO-nun Beynəlxalq Hərbi Qərargahının məsləhətçisinin müşavirinin rəsmi “X” hesabında paylaşım edilib.

“Bu gün NATO Azərbaycanla Sülh Naminə Tərəfdaş kimi 30 illik əməkdaşlıq və öhdəlikləri qeyd etməkdən qürur duyur. Praktiki əməkdaşlıq və siyasi dialoq vasitəsilə bizim tərəfdaşlığımız Avro-Atlantik sabitliyi artırmaq məqsədi daşıyır”, paylaşımda qeyd olunub. (APA).

Əvvəlki məqalə

XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib

Sonrakı məqalə

Sərhəd kəndindən İrəvana yürüş başlayıb, yürüşə keşiş başçılıq edir