Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Bu maşının alıcıları onu sata bilməyəcəklər

Orkhan Ali 01 İyun 2025 - 17:05 (Last updated: 01 İyun 2025 - 15:41)
Ford Mustang GTD

Ford Mustang GTD

Bu maşının alıcıları onu sata bilməyəcəklər. Yeni “Ford Mustang GTD” avtomobilinin ilk sahibləri onu iki il ərzində yenidən satışa çıxara bilməyəcəklər.

AzPost oxu.az-a istinadən xəbər verir ki, ən sürətli və güclü müasir “Mustang”ın alıcıları əlavə razılaşma imzalamağa məcbur edilirlər. Bu, idman maşınlarının həqiqi həvəskarlara, yoxsa spekulyantlara çatmasını təmin etmək üçün edilir. Əvvəllər “Ford” eyni sxemlə 2022-ci ildə istehsaldan çıxarılan kiçikseriyalı orta mühərrikli GT kupesini satıb.

Qeyd edək ki, “Ford Mustang GTD” keçən ilin yayında təqdim edilib və ümumi istifadə yolları üçün icazəyə malikdir, lakin mahiyyətcə o yarış maşınıdır və qismən “Mustang GT3” texnologiyalarına əsaslanır.

Avtomobilin karbon lifindən hazırlanmış gövdə panelləri və aerodinamik elementləri, geniş tənzimləmə imkanları olan tamamilə fərqli adaptiv asqı sistemi və 5,2 litrlik 826 at gücündə mexaniki kompressorlu V8 mühərriki var.

Keçən il bu “Mustang” Nürburqrinq trasında bir dövrəni 6 dəqiqə 57,685 saniyəyə qət edərək ABŞ-nin seriyalı maşınları üçün ən yaxşı nəticəni göstərib.

ABŞ-də yeni “Mustang GTD”nin baza qiyməti 300 min dollardan yuxarıdır.

AzPost.az

Post navigation

Previous: Rusiyaya bu günkü PUA hucumu necə hazırlanıb? –
Next: Otel otağına girəndə gördükləri mənzərə şoka salıb

Oxşar xəbərlər

urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
tezyiq
  • Maraqlı

Yüksək təzyiqi aşağı salan 5 üsul – Alimlər qidada nələri dəyişməyi tövsiyə edir?

User 17 Noyabr 2026 - 20:10

xƏBƏR

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ABŞ-dan və digər ölkələrdən iri miqyaslı texniki nasazlıqlarla bağlı yeni məlumatlar daxil olur. İstifadəçilər Gmail, Marriott, Outlook...
Read more about Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb
Putin Trampla görüş üçün Çinə gəldi putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.