Azərbaycanlı professor və həyat yoldaşı koronavirusa yoluxub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun əməkdaşı koronavirusa yoluxub.

“Report” xəbər verir ki, İnstitutun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi test analizinin cavabı pozitiv çıxıb.

Bununla yanaşı professorun həyat yoldaşı da koronavirusa yoluxub.

“Ev şəraitində beşinci sistemden sonra vəziyyətim sabitdir. Həyat yoldaşımda səkkizinci sistemdən sonra da boğulmaları tez-tez tutur. Boğulma əleyhinə bir neçə venadaxili dərman vasitələri qəbul edib bir qədər yüngülləşən kimi mənim sistemimi qoşur”, – deyə İ.Abbasov səhhəti haqında məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda COVID-19-dan ölənlərin sayı 11 mini ötdü

Sonrakı məqalə

Baş epidemioloqdan şok açıqlama: