Baş epidemioloqdan şok açıqlama:"Heç nədən xəbərim yoxdur"

Ölkənin koronavirus pandemiyası ilə mübarizə apardığı zamanda Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev  jurnalistlərin suallarını cavabsız qoyur.

Unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb.

İ.Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:

“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlı professor və həyat yoldaşı koronavirusa yoluxub

Sonrakı məqalə

Azərbaycana idxal edilən tibbi maska və əlcəklərin idxalı gömrük rüsumundan azad edilib