Azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var –Diaspora Komitəsi

Xarici ölkələrdə azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, aksiyalar zamanı azərbaycanlılara qarşı təxribatlar törədən ermənilərin cinayətə cəlb olunması məsələləri ilə bağlı Azərbaycan Respublikasının həmin ölkələrdəki diplomatik missiyaları (Belçika, ABŞ) bilavasitə məşğul olur. Müvafiq olaraq məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olununub. İnsident olan olan ölkələrdə erməni təxribatçılarından həbs edilənlərin olduğu barədə də məlumat var:

“Komitə aksiyada zərərçəkmiş diaspor nümayəndələri ilə mütəmadi əlaqədədir. O cümlədən diaspor təşkilatları da hüquq mühafizə orqanlarına və digər müvafiq qrumlara baş vermiş hadisələrlə bağlı öz fikirlərini bildirib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılıb –

Sonrakı məqalə

Zərərlə işləyən bahalı AZAL –