Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Azəri-Çırağ”ın bu platformasından 1 milyard barel neft çıxarılıb

User 29 Dekabr 2025 - 12:00 (Last updated: 29 Dekabr 2025 - 11:47)
azeri ciraq

Sabah “Qərbi Azəri” platformasından ilk neft hasilatının 20 ili tamam olur. Bu, Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsində əlamətdar hadisədir.

AzPost  bp-nin yaydığı məlumata istinadən xəbər verir ki, “Qərbi Azəri”dən ilk hasilat 30 dekabr 2005-ci il tarixində əldə olunmuş və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası başlanıb. İlk neft əvvəlcədən qazılmış üç öncə qazma quyusunun birincisindən hasil olunaraq sualtı boru kəməri vasitəsilə 4 yanvar 2006-cı il tarixində Sangaçal terminalına çatmışdı.

O vaxtdan “Qərbi Azəri” AÇG-nin hasilat salnaməsinin aparıcılarından biridir. İndiyədək platformadan 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib və bu göstərici ilə “Qərbi Azəri” AÇG platformaları arasında “Mərkəzi Azəri”dən sonra ikinci yerdədir. Bununla da “Qərbi Azəri” 1997-ci ilin noyabrında hasilata başlamış AÇG yatağından 4,5 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.

“Qərbi Azəri” hazırda da təhlükəsiz və etibarlı şəkildə öz fəaliyyətini davam etdirir. 2025-ci ilin üçüncü rübünün sonuna platformadan gündəlik orta hasilat 76 min barel təşkil edib. “Qərbi Azəri” obyektlərinə 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış platforması və qurudakı Səngəçal terminalına birləşdirilmiş 30 düymlük sualtı boru kəməri daxildir. Hazırda “Qərbi Azəri”də təxminən 170 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri azərbaycanlı mütəxəssislərdir. İndiyədək platformadan ümumilikdə 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 32 quyudan 24-ü hasilat quyusu, 8-i isə suvurma quyusudur.

“Qərbi Azəri” platformasının meneceri Emin İbrahimov: “Qərbi Azəri ailəsi olaraq, AÇG-nin ən yüksək göstəricilərə malik qurğularından birini idarə etməkdən qürur duyuruq. Geriyə nəzər salsaq, xatırlayarıq ki, 2005-ci ildə işə salınmış birinci quyularımızdan olan C-06 quyusu ilk dövrlərdə gündəlik 35 min barel neft verib və dünyanın ən məhsuldar quyularından biri olub. İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub və bu, istənilən neft quyusu üçün müstəsna bir nailiyyətdir. Bu tarixi ildönümü münasibətilə bütün “Qərbi Azəri” komandasını ürəkdən təbrik edirəm və bir daha vurğulamaq istəyirəm ki, “Qərbi Azəri” dünya səviyyəli platforma olaraq hələ gələcək onilliklər ərzində də AÇG-nin uğur hekayəsinə, eləcə də Azərbaycanın neft sənayesinə mühüm töhfələr verməkdə davam edəcək”.

AzPost.az

Post navigation

Previous: Vətən Müharibəsində iştirak etmiş həkimlər haqqında kitab təqdim olunub
Next: İpoteka krediti bağlanmış mənzil girovdan necə çıxarılır?

Oxşar xəbərlər

qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.