Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Azəriqaz-da narazılıq mənzərəsi

Orkhan Ali 24 İyun 2025 - 12:40 (Last updated: 24 İyun 2025 - 12:38)
Azəriqaz

Azəriqaz

Son 6 ayda “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətində vətəndaşlar tərəfindən rəsmi şəkildə qeyd alınmış əsas problemləri araşdırılıbb. AzPost bildirir ki, sosial mediada yayılan şikayətlər və açıq məhkəmə sənədləri göstərir ki, qurumun qaz təchizatı sahəsində fəaliyyəti həm hüquqi, həm də etik müstəvidə ciddi tənqidə məruz qalır.

Əsas narazılıq mövzularından biri smart kartlı qaz sayğaclarına müdaxilə iddiaları ilə tətbiq olunan yüksək məbləğli cərimələrdir. Məsələn, Abşeronun Saray kənd sakini Röyal Mustafayevə heç bir xəbərdarlıq edilmədən akt tərtib olunub və 1 550 manat məbləğində cərimə tətbiq edilib. Bu və buna bənzər hallarda vətəndaşlar aktın onlara təqdim olunmadığını, texniki ekspertiza keçirilmədiyini və müdafiə hüquqlarının pozulduğunu bildirirlər.

Bənzər hallar Bakı və Abşeronun müxtəlif ərazilərində də yaşanıb. Sakinlər qeyd edirlər ki, sayğacda problem olmamasına baxmayaraq, “müdaxilə” adı altında 400–1 900 manat arası dəyişən cərimələr yazılır və qaz təchizatı dərhal dayandırılır. Qazın bərpası yalnız borcun ödənilməsi və ya rəsmi şikayətdən sonra mümkündür. Bu isə “İnzibati Xətalar Məcəlləsinin 56.1-ci maddəsinə” və “Əmək Məcəlləsinin 38-ci maddəsinə” zidd olaraq, əvvəlcədən bildiriş verilmə və müdafiə hüququnun təmin olunması prinsipinə ziddir.

Açıqlanan məhkəmə qərarları göstərir ki, bu cərimələrin bir qismi sonradan hüquqi cəhətdən əsassız sayılıb. 2025-ci ilin aprelində məhkəmə 57 596 manatlıq borcun əsassız hesablandığını müəyyən edib və “Azəriqaz”ın vətəndaşa bu məbləği qaytarması qərara alınıb. Bundan əlavə, 2023-cü ilin sentyabrında Zenfira Eyvazovaya qarşı yazılmış 1 552 manatlıq borc da məhkəmə qərarı ilə ləğv edilib və əlavə olaraq artıq ödənmiş 212 manatın geri qaytarılmasına göstəriş verilib.

Müşahidələr göstərir ki, bir çox sahibkar qaz təchizatının səbəbsiz kəsilməsi, smart-kart bloklanması və əlavə tələblərlə qarşılaşır. Əldə olunan sənədlərdə bir neçə sahibkarın bu səbəbdən fəaliyyətinin dayanması, nəticədə əmək müqaviləli işçilərin əmək haqsız qalması və iqtisadi zərər yaşaması qeyd edilib.

Daha narahatedici məqamlardan biri isə gecə saatlarında xəbərdarlıq edilmədən qazın kəsilməsi hallarının artmasıdır. Binəqədi rayonunda iki azyaşlı uşağı olan ailənin evinə “Azəriqaz” əməkdaşları tərəfindən gecə saatlarında müdaxilə edilməsi və 600 manat cərimə tətbiqi ciddi ictimai etiraz doğurub.

Bütün bu hallar “Qaz təchizatı haqqında” qanunun 8-ci maddəsində nəzərdə tutulan “qəfil yoxlama və kəsintilərin yalnız əsaslı səbəb və rəsmi bildirişlə mümkünlüyü” prinsipinə ziddir. Eyni zamanda, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər bir vətəndaşın qanunsuz inzibati tədbirlərdən məhkəmə müdafiəsi hüququ var və bu hüquq geniş şəkildə istifadə olunur.

Son 6 ayda toplanmış faktlar göstərir ki, “Azəriqaz” tərəfindən tətbiq edilən inzibati aktların bir qismi hüquqi baxımdan zəif əsaslandırılıb və məhkəmələr tərəfindən ləğv olunub. Dövlət qurumunun vətəndaşla münasibətində güc balansının pozulması, inzibati cərimələrin şəffaf əsaslara deyil, subyektiv təhlillərə söykənməsi ciddi sistem problemi kimi çıxış edir.

Qaz kimi həyat əhəmiyyətli bir sahədə bu cür hüquqi pozuntuların geniş yayılması narahatlıq doğurur və cavabdeh qurumlardan hüquqi cavabdehlik tələb edir.

AzPost.az

Post navigation

Previous: “Məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur” –
Next: Çörək sodası ilə ayaq vannası stressi azaldır

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.