“Azəriqaz” İstehsalat Birliyinə yeni mətbuat katibi təyin olunub

Uzun illər televiziyada fəaliyyət göstərmiş Eldəniz Vəliyev “Azəriqaz” İstehsalat Birliyininin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin “Facebook” hesabında bildirib.

“İnanıram ki, bu təyinat “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələrinə bir qədər də təsir etmiş olacaq. İctimaiyyətə daim açıq olan “Azəriqaz” İstehsalat Birliyi bundan sonra da bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək və qurumla vətəndaş arasında birbaşa təmasın maksimum reallaşmasına çalışacaq. İnanıram ki, bugünkü təyinat bizi hədəfimizə bir qədər də yaxınlaşdıracaq”, – R. Əliyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Komitəsinin sədri : “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ciddi həbslər dalğası gedir, qruplar zərərsizləşdirilir”

Sonrakı məqalə

Altı ayda neftdən 5 milyard manat qazanmışıq –