“Azərsun Sənaye Parkı”nda yanğının söndürülməsinə FHN-in helikopterləri cəlb edilib-FOTOLAR

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.

Əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

“NATO Ukraynaya 8 milyard dollarlıq hərbi dəstək verib” –

Sonrakı məqalə

Kəmaləddin Heydərov Sumqayıtda yanğın baş verən əraziyə gedib – FOTO