“Azərxalça”dan Aydan Salahovaya 100 min manatlıq sifariş

Aydan Salahova
Aydan Salahova

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) məşhur rəssam Tahir Salahovun qızı Aydan Salahova ilə satınalma müqaviləsi bağlayıb.

Valyuta.az xəbər verir ki, müqavilədə “Memarlıq yaddaşı”adlı xalça üçün modern xalça dizaynının hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 100 000 manatdır.

Qeyd edək ki, Rəssam Aydan Salahova Moskvada yaşayır. O, 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini (“Aydan”) açıb. Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanılır.

Aydan Salahovanın atası Tahir Salahov Azərbaycanın görkəmli rəssamlarından olub. O, 2021-ci ildə dünyasını dəyişib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.