ABŞ prezidenti Co Bayden Donald Trampla debatdakı zəif çıxışını yorğunluqla əlaqələndirib.
Azpost.info xəbər verir ki, Bayden bildirib ki, müzakirə zamanı az qala yuxulayacaqdı.
“Müzakirədən əvvəl təxminən 100 saatlıq səyahətim olmuşdu. İşçilərimə qulaq asmadım, qayıtdım və səhnədə az qala yuxuya getmişdim”, – Bayden deyib.
O, debatın onun üçün o qədər də yaxşı keçmədiyini və bundan təəssüf etdiyini bildirib. Bununla belə, Bayden bəhanələrə sığınmaq istəmədiyini vurğulayıb.
Azpost.info