Azərbaycan ABŞ-a 130 milyon birbaşa investisiya yatırıb

2025-ci ildə Azərbaycan ABŞ iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 130.24 mln. manat təşkil edib. 2024-cü ildə bu göstərici 88.53 mln. manat olub, yəni illik artım 47.2% olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.

Eyni dövrdə ABŞ-dan Azərbaycana daxil olan birbaşa investisiyaların həcmi 204.37 mln. manat olub. 2024-cü ildə ABŞ-dan ölkəyə daxil olan investisiyalar 149.83 mln. manat təşkil edirdi və illik artım 36.4% olub.

Beləliklə, 2025-ci ildə həm Azərbaycanın ABŞ-a yönəltdiyi, həm də ABŞ-dan Azərbaycana daxil olan investisiyalar sürətli artım nümayiş etdirərək qarşılıqlı investisiya münasibətlərində dinamikanın gücləndiyini göstərib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.