Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?

Orkhan Ali 06 Avqust 2026 - 15:50 (Last updated: 06 Avqust 2026 - 15:41)
turizm esas
Türkiyədə xarici turistlərin xərcləri ilə bağlı açıqlanan son statistikaya görə, ziyarətçilər ən çox qida və içkiyə pul xərcləyirlər. Bu statistika turistlərin səfər zamanı hansı sahələrə daha çox vəsait ayırdığına marağı artırıb.
Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizə gələn turistlər daha çox hansı xidmət və məhsullara pul xərcləyirlər?
Turizm eksperti Əziz Şiriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda turistlərin xərclərinin əsas hissəsi tur paketlərinin payına düşür.
Onun sözlərinə görə, ölkəyə gələn qonaqlar təkcə istirahət proqramlarına deyil, həm də milli mətbəx və yerli məhsullara böyük maraq göstərirlər.
“Turistlər xüsusilə Azərbaycan şərablarını və milli yeməkləri dadmağa üstünlük verirlər. Bundan başqa, onlar “Made in Azerbaijan” brendi altında təqdim olunan suvenirlərə, eləcə də paytaxtda və regionlarda yerli sənətkarların hazırladığı əl işlərinə də xeyli vəsait xərcləyirlər”.
Ekspertin fikrincə, milli mətbəx, şərabçılıq ənənələri və yerli sənətkarlıq nümunələri Azərbaycanın turizm məhsulunun əsas elementlərindən biridir və xarici turistlərin ölkədəki xərclərində mühüm yer tutur.

AzPost.az

Post navigation

Previous: “İnsan alveri əleyhinə ictimai maarifləndirmə” adlı layihənin icrasına başlanıldı
Next: “Roblox” 70 milyard dollar dəyər itirdi: Oynamağa yeni oyun yoxdur

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.