Son bir ildə Azərbaycanın dövlət təşkilatlarında 15,4 min nəfər ixtisar edilib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, 2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1797,4 min nəfər olub.
Bunlardan 869 min nəfəri dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bir il əvvəlki rəqəmlərlə müqayisə etdikdə, ölkədə əmək müqaviləsi ilə işləyənlərin sayı 22,1 min nəfər artıb.
Belə ki, 2024-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında əmək müqaviləsi ilə işləyənlərin sayı 1 775,3 min nəfər idi. Ötən il əmək müqaviləsi ilə işləyənlərin 884,4 min nəfəri dövlət sektorunda, 890,9 min nəfəri isə qeyri-dövlət sektorunda çalışırdı.
Nəticədə, son bir ildə dövlət sektorunda işləyənlərin sayı 15,4 min nəfər azalıb. Qeyri-dövlət sektorunda çalışanların sayı isə 37,5 min nəfər artıb. /FED.az/