Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Azərbaycanda provayderlər üçün yeni qaydalar –

User 12 İyun 2026 - 14:50 (Last updated: 12 İyun 2026 - 14:50)
komputer

Provayderlərin Azərbaycan Respublikasında necə fəaliyyət göstərəcəyi müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisindəki istifadəçilərə xidmətlər təklif edən provayder fiziki şəxs olduqda vergi uçotuna, hüquqi şəxs olduqda isə (xarici hüquqi şəxsin isə filial və ya nümayəndəliyi yaradılaraq) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır.
Provayder dövlət qurumlarının onunla asan və operativ əlaqə saxlamasına imkan verən əlaqə mərkəzi yaratmalı, bu barədə ictimai məlumatlandırmanı həyata keçirməli və əlaqə mərkəzinə rəsmi dövlət dili ilə müraciət imkanını təmin etməlidir.

Xarici hüquqi şəxs olan provayderin Azərbaycan ərazisində yaratdığı filial və ya nümayəndəlik Azərbaycan ərazisində provayderin adından sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.

Xarici hüquqi şəxs olan provayder Azərbaycan ərazisində yaratdığı filial və ya nümayəndəliyə onu dövlət orqanları (qurumları) ilə, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmək, hüquqlarını və qanuni mənafelərini qorumaq səlahiyyəti, eyni zamanda fəaliyyəti üçün zəruri resurslar verir.

Provayder müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq tələblərin təmin edilməsi ilə bağlı göndərdiyi sorğuları 5 (beş) iş günü ərzində cavablandırmalı, sorğu edilən məlumatları tam və dürüst formada təqdim etməlidir.

Qanunda nəzərdə tutulmuş tələbi yerinə yetirməyən provayderə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:

– provayderə yazılı xəbərdarlıq edilir;

– xəbərdarlıqdan sonra 30 (otuz) gün ərzində tələbin yerinə yetirilməməsinə görə provayderə 100 (yüz) min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;

– Maliyyə sanksiyasının tətbiq edilməsindən 30 (otuz) gün ərzində tələbin yerinə yetirilməməsinə görə provayderə 300 (üç yüz) min manat məbləğində əlavə maliyyə sanksiyası tətbiq edilir;

– Əlavə maliyyə sanksiyasının tətbiq edilməsindən 30 (otuz) gün ərzində tələbin yerinə yetirilməməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət orqanları (qurumları), habelə Azərbaycan Respublikasında vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən müvafiq platformada reklam yerləşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilir;

– Qadağanın tətbiq edildiyi tarixdən sonra 90 (doxsan) gün ərzində tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 20 (iyirmi) faiz azaldılması üçün məhkəməyə müraciət təmin edilir;

– Müraciət əsasında qəbul edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 60 (altmış) gün ərzində tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 50 (əlli) faiz azaldılması təmin edilir;

– Müvafiq tədbirin tətbiqindən sonra 60 (altmış) gün ərzində tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 90 (doxsan) faiz azaldılması təmin edilir.

Tələblər yerinə yetirildiyi göstərilən maliyyə sanksiyaları 1/4 məbləğində tətbiq olunur (maliyyə sanksiyaları ödənildiyi halda dörddə üç hissəsi geri qaytarılır) və məhdudiyyətlər 24 (iyirmi dörd) saat ərzində aradan qaldırılır.

Qanunda göstərilən müraciətə məhkəmə 5 (beş) gün müddətində baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

Qanunda göstərilən maliyyə sanksiyalarının ödənilməsi üzrə qanunda qeyd edilən güzəşt provayderlərə həmin sanksiyalar tətbiq olunduqdan sonra 6 (altı) ay ərzində icra edildikdə şamil olunur.

Qeyd edək ki, qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. /APA/

AzPost.az

Post navigation

Previous: Yuxu dərinin qocalmasına necə təsir edir?
Next: ABŞ və İran gələn həftə Cenevrədə memorandum imzalaya bilər

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.