Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Azərbaycanda “Starlink”in istifadə edildiyi sahələr açıqlanıb

User 13 Yanvar 2026 - 12:57 (Last updated: 13 Yanvar 2026 - 12:57)
Starlink_Mission_(47926144123)_large

Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) təqdim etdiyi peyk rabitə xidmətləri çərçivəsində “Starlink” texnologiyası bəzi hallarda əlavə və ehtiyat rabitə həlli kimi nəzərdən keçirilir.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq “Azərkosmos”dan bildirilib.

Qeyd olunub ki, xüsusilə dənizçilik (maritime) layihələrində müştərilərə əsas peyk xidmətləri ilə yanaşı alternativ rabitə vasitəsi kimi təklif olunması rabitənin davamlılığının təmin edilməsinə töhfə verir.

Bu yanaşma müxtəlif texnoloji həllərin bir-birini tamamlaması prinsipi əsasında müştərilərə daha etibarlı və fasiləsiz rabitə imkanlarının təqdim edilməsinə xidmət edir.

Qeyd edilib ki, “Starlink” aşağı orbitli peyk qruplaşması üzərindən internetə çıxış imkanı yaradan yeni nəsil rabitə texnologiyalarından biridir. Bu həll xüsusilə yerüstü infrastrukturun məhdud olduğu və ya mövcud olmadığı bölgələrdə internetə çıxışın təmin edilməsi baxımından alternativ imkanlar təqdim edir.

Xidmətin əsas üstünlükləri sırasında qlobal əhatə dairəsi, nisbətən yüksək sürət və aşağı gecikmə göstəriciləri yer alır. Bu xüsusiyyətlər real vaxt rejimində rabitə tələb edən tətbiqlər üçün əlavə imkanlar yaradır. Eyni zamanda, sistemin daşınabilən olması müvəqqəti və səyyar fəaliyyətlər zamanı internetə operativ çıxışı mümkün edir.

Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib. İyun ayında isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Starlink Azerbaijan” MMC-ni rəsmi olaraq uçota alıb.

AzPost.az

Post navigation

Previous: Məşhur türk aktyoru Oktay Kaynarca “narkotik işi” ilə bağlı saxlanılıb
Next: Müştəri VTB Bank kreditinin azalmadığını iddia edir

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.