Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Azərbaycanda yeni iqtisadi media platforması -PLAT.AZ təqdim olunub

Orkhan Ali 26 May 2026 - 18:29 (Last updated: 26 May 2026 - 18:30)
27ccfe36-230d-4ed0-9a72-c462c1e51f87

Plat.az xəbər portalının təqdimat mərasimi keçirilib. Tədbirdə sahibkarlar, media nümayəndələri, ictimaiyyət təmsilçiləri və müxtəlif sahələrdən olan qonaqlar iştirak ediblər.

Tədbirdə bildirilib ki, Plat.az biznes, maliyyə, iqtisadiyyat, investisiya və sahibkarlıq sahələri üzrə fəaliyyət göstərəcək yeni media və informasiya platformasıdır. Portalın əsas məqsədi iqtisadi sahədə operativ xəbərlərin, analitik yazıların, bazar təhlillərinin və sahibkarlıqla bağlı yeniliklərin geniş auditoriyaya çatdırılmasıdır.

Təqdimat mərasimini portalın direktoru və təsisçisi Orxan Məmmədzadə açaraq bildirib ki, sürətlə dəyişən müasir dünyada etibarlı iqtisadi informasiya mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Plat.az yalnız xəbər platforması deyil, eyni zamanda biznes ictimaiyyəti üçün fikir və əməkdaşlıq məkanı olmağı hədəfləyir.

O qeyd edib ki, portalda iqtisadi proseslərin təhlili, ekspert rəyləri, sahibkarlarla müsahibələr və investisiya imkanları ilə bağlı materiallara geniş yer veriləcək.

Daha sonra Milli Məclisin deputatı Razi Nurullayev çıxış edərək iqtisadi media platformalarının cəmiyyət üçün əhəmiyyətindən danışıb.

Deputat bildirib ki, sahibkarlığın inkişafı, iqtisadi maarifləndirmə və maliyyə savadlılığının artırılması baxımından belə təşəbbüslər xüsusi rol oynayır və yeni platformaların yaranması informasiya mühitinə mühüm töhfə verir.

TEİ Forumunun rəhbəri Ruslan Dəmirov isə çıxışında biznes platformalarının sahibkarlar arasında əlaqələrin gücləndirilməsi baxımından vacibliyini vurğulayıb.

O qeyd edib ki, müasir biznes dünyasında düzgün kommunikasiya və informasiya mübadiləsi yeni əməkdaşlıqların formalaşmasında əsas amillərdən biridir.

“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov çıxışında rəqəmsal media resurslarının investisiya mühitinin təşviqində mühüm rol oynadığını bildirib.

“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin baş katibi Araz İmanov isə çıxışında iqtisadi yönümlü media layihələrinin biznes mühitində məlumat əlçatanlığını artırdığını və sahibkarların fəaliyyətinin daha geniş auditoriyaya təqdim olunmasına dəstək verdiyini qeyd edib.

Tədbir iştirakçılar arasında səmimi fikir mübadiləsi və netvorkinq hissəsi ilə davam edib. Networking zamanı yeni əlaqələr qurulub, gələcək layihələr və əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

AzPost.az

Post navigation

Previous: Bulvarda gənc qıza hücum edən şəxs həbs edildi
Next: Donald Tramp Prezident İlham Əliyevi təbrik edib

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.