Azərbaycandan Fransaya məhsul ixracı 17 dəfə artıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan Fransaya 50 milyon 341,59 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,6 və ya 47 milyon 478,32 min dollar artım deməkdir.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hesabat dövrü ərzində Azərbaycan Fransadan 73 milyon 394,15 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 0,23 faiz və ya 167,92 min dollar azdır.

Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 0,42 faizini, ümumi idxalının isə 1,33 faizini təşkil edib.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.