Kremldən Avropaya mesaj –Bu şərtləri qəbul etməyəcəyik

Kreml Avropa ölkələrinin Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik səylərinə başlamaq üçün Rusiyaya tətbiq etdiyi ilkin şərtləri qəbuledilməz və səhv hesab edir.

Azpost.info-nun məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Avropalıların vasitəçilik roluna gəldikdə isə, onlar, ehtimal ki, hələ də vasitəçi kimi çıxış etməyə hazır deyillər. Birincisi, Rusiyaya hər hansı bir şərt irəli sürməklə vasitəçilik səylərinə başlamaq, yəqin ki, məntiqsiz, səhv və əlbəttə ki, bizim üçün qəbuledilməzdir”, – deyə Peskov bildirib.

“Əsas odur ki, indiyə qədər avropalıların sülh danışıqlarından daha çox müharibənin davam etdirilməsinə diqqət yetirdiklərini görürük”, – deyə Kremlin sözçüsü bildirib.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.