Azərbaycanın ən çox investisiya yatırılan rayonları- SİYAHI

2025-ci ildə Azərbaycanın rayon və şəhərlərinə yatırılan əsas kapitala investisiyaların həcmi açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə ən böyük investisiya axını mərkəzi ərazi vahidlərinin və işğaldan azad edilmiş bölgələrin payına düşür.

Təqdim olunan statistikaya əsasən, ən yüksək investisiya göstəricisi 1 milyard 119 milyon 560 min manatla qeydə alınıb. Siyahının ikinci pilləsində 1 milyard 9 milyon 299 min manatlıq investisiya ilə Kəlbəcər rayonu qərarlaşıb.

İnvestisiya cəlbediciliyinə görə üçüncü yerdə 759 milyon 750 min manatla Ağdam rayonu, dördüncü yerdə isə 735 milyon 691 min manatla Zəngilan rayonu yer alır.

Sıralamanın davamına nəzər saldıqda, beşinci yerdə 522 milyon 317 min manatlıq investisiya ilə Xızı rayonu, altıncı yerdə 513 milyon 775 min manatla Gəncə şəhəri, yeddinci yerdə isə 453 milyon 94 min manatla Laçın rayonu qərarlaşıb.

Əsas kapitala investisiya qoyuluşu üzrə ilk onluğu 397 milyon 341 min manatla Naxçıvan Muxtar Respublikası, 382 milyon 937 min manatla Şuşa rayonu və 373 milyon 322 min manatla Cəbrayıl rayonu tamamlayır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.