Azad olunmuş ərazilərdə mənzillərə niyə çıxarış verilmir?-AÇIQLAMA

Bəzi saytlarda azad olunmuş ərazilərdə öz dədə-baba torpaqlarına yaşamağa qayıdanlara mənzillərin çıxarışlarının verilməməsi, onlarla sadəcə müqavilə imzalanması ilə bağlı xəbərlər yayılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq normativ hüquq aktının layihəsi hazırlanıb.

Qeyd edilib ki, Layihə qüvvəyə mindikdən sonra sözügedən yaşayış sahələri üzərində vətəndaşların hüquqlarının dövlət qeydiyyatının aparılması məsələsinə baxılması təmin ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.