Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

AZAL 248 milyon dollar qiyməti olan 8 “Boeing” aldı –

User 28 Aprel 2023 - 21:54 (Last updated: 21 May 2025 - 20:15)
boinq

AZAL və “Boeing” 8 ədəd “787-8 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib. Aviaşirkətin uzun məsafəli donanmasının genişləndirilməsini təmin etmək məqsədilə razılaşmaya əsasən təyyarələrin beşinin 2030-cu ilə qədər, yerdə qalan üç ədədinin isə 2030-cu ildən sonra təhvil verilməsi nəzərdə tutulur.

Azpost.info bildirir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatında deyilir.

“Müasir geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələrinin əldə olunması üçün “Boeing” şirkəti ilə müqavilənin imzalanması AZAL-ın donanmasının modernləşdirilməsi və aviadaşımaların səviyyəsinin yüksəldilməsi çərçivəsində mühüm addımdır.” – deyə AZAL  prezidenti Cahangir Əsgərov bildirib.

Çevikliyi, uzaq məsafəli uçuşları və yanacağa qənaəti sayəsində “Boeing 787 Dreamliner” təyyarələri aviaşirkətlərə 350-dən çox yeni birbaşa marşrutlar açmağa imkan verib. Yeni “Dreamliner” təyyarələri “Azərbaycan Hava Yolları”na Avropa, Asiya və digər regionlarda öz şəbəkəsini genişləndirməyə imkan verəcək.

“AZAL ilə uğurlu əməkdaşlığımız 20 ildən artıqdır ki, davam edir və əlavə “Dreamliner” təyyarəsinin yeni sifarişi məhsullarımızın əhəmiyyətini və iki şirkət arasındakı münasibətlərin dərinliyini vurğulayır.” – deyə “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Sten Dil bildirib.

“Azərbaycan Hava Yolları” aviaşirkəti Mərkəzi Asiyanın ən iri aviadaşıyıcılarından biridir və öz donanmasında “Boeing” 757, 767 və 787 təyyarələri də daxil olmaqla müxtəlif model hava gəmilərindən istifadə edir.

Dünyanın aparıcı aerokosmik şirkəti olan “Boeing” 150-dən çox ölkədə müştəriləri üçün mülki təyyarələrin, kosmik gəmilərin, müdafiə məhsullarının istismarı və texniki xidməti üçün xidmətlər və sistemlər hazırlayır, istehsal və təmin edir.

“Boeing” “787-8 Dreamliner” təyyarəsinin qiyməti 248,3 milyon dollardır. Təyyarə 2011-ci ildən istehsala buraxılıb. 

Azpost.info

 

 

Post navigation

Previous: Alimlər planetin ən qoca ağacını tapdılar
Next: İranlı deputat “Hüseyniyyun” qruplaşmasının liderlərinin həbsini təsdiqlədi

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.