Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən mayın 19-da Berlindən Bakıya çarter reysi yerinə yetirilib.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin reyslə 188 Azərbaycan vətəndaşı çatdırılıb.
Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Qeyd edək ki, həmyerlilərimizin Vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.