AZAL-ın Müşahidə Şurasının iclası keçirilib –Korporativ katib postu yaradılır

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, İclasa Müşahidə Şurasının üzvləri, QSC-nin İdarə Heyətinin üzvləri və digər rəsmilər qatılıblar.

Onlayn iclas Müşahidə Şurasının sədri, nazir Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub.

İclasda QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiqlənib.

Eyni zamanda, AZAL-ın fəaliyyəti üzrə cari məsələlər haqqında çıxışlar edilib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİM iyunun 17-dən etibarən onlayn apellyasiya təşkil edəcək

Sonrakı məqalə

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticəsi açıqlanıb