AZAL İsrailə uçuşları bərpa edir

Oktyabrın 10-dan etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumat verilib.

Uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə “Azərbaycan Hava Yolları”nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.