AZAL Naxçıvana bu günə olan reysləri təxirə salıb

Naxçıvan ərazisində hava şəraitinin əlverişsiz olması ilə əlaqədar aviaşirkətin bu günə olan 2151/2152 və 257/258 nömrəli reyslərinin həyata keçirilməsi təxirə salınıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Xatırladırıq ki, uçuşların təhlükəsizliyi məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçirilir.

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 “WhatsApp” nömrələri vasitəsilə müraciət edə bilərsiniz.

Əvvəlki məqalə

Mərkəzi Bankın sədri müstəqil iqtisadçılarla görüşüb –

Sonrakı məqalə

Zeynəb Xanlarova AZTV-nin Yeni il çəkilişlərində iştirak edib –