AZAL və “Buta”nın rəsmi saytlarında problem yaranıb

Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.

AZAL-dan verilən məlumata görə, hal-hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.

Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.

“Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər”, – məlumatda qeyd olunur.

Əvvəlki məqalə

“Patriarx Kiril “qara siyahıya” salınmalıdır” –

Sonrakı məqalə

Milli Məclis 2021-ci il dövlət büdcəsinin icrasını qəbul edib