Azay Quliyev:“Ünvanlı sosial yardım vətəndaşlarımızda tənbəllik yaradır”

“Ünvanlı sosial yardım vətəndaşlarımızda tənbəllik yaradır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Azay Quliyev deyib.

O bildirib ki, ona görə də bu məsələyə yeni yanaşma tələb olunur: “Biz vətəndaşların daha çox məşğulluğunun təmin olunmasına yönəlməliyik. Məşğulluq proqramını genişləndirməli və vətəndaşları aktiv məşğulluq fəaliyyətinə alışdırmalıyıq. Bunun üçün istərdim ki, buradakı aidiyyəti qurumlar bizə məlumat versin ki, bu istiqamətdə işlər nə yerdədir, qarşıda, perspektivdə hansı addımlar atılması nəzərdə tutulur. Biz məşğulluqla həm insanlar üçün yeni iş yerlərinin yaradılmasına nail ola bilərik. Məşğulluğu genişləndirməklə, əhalinin sosial rifahının genişləndirilməsinə şərait yaradarıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib

Sonrakı məqalə

Prezident: