Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü vəfat edib

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi Sabir Vəliyev dünyasını dəyişib.

AzPost Oxu.az-a istinadən xəbər verir ki, 50 ildən artıq C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmış Sabir Vəliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Sabir Vəliyev “Azərbaycanfilm” studiyasının veteran əməkdaşıdır, uzun müddət studiyanın, Dövlət Film Fondunun baş energetiki işləyib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.