Azərbaycan millisinin heyətinin açıqlanacağı vaxt müəyyənləşib

Futbol üzrə Azərbaycan millisinin iki yoldaşlıq oyunu üçün heyətinin açıqlanacağı vaxt müəyyənləşib.

AzPost AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş martın 13-də milli assosiasiyanın inzibati binasında heyəti açıqlayacaq.

Qeyd edək ki, milli sentyabrın 22-də Haiti ilə, üç gün sonra Belarusla üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda və “Bank Respublika Arena”da gerçəkləşəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.