Azərbaycan və NATO əməkdaşlıq perspektivini müzakirə edib

Azərbaycan və NATO 2025-ci ildə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

AzPost bildirir ki, bu barədə Azərbaycanın NATO yanında missiyasının rəhbəri Cəfər Hüseynzadə sosial şəbəkədə yazıb.

“Alyansın baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruge ilə görüşmək çox xoş idi. Biz “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı ilə bağlı səmərəli müzakirə apardıq. 2025-ci ildə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq”, – diplomat yazıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.