Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Azərbaycanda alimlər nə qədər maaş alırlar? – RƏQƏMLƏR

Orkhan Ali 27 Mart 2025 - 21:28 (Last updated: 21 May 2025 - 20:15)
1743088725_snimok-ekrana-2025-03-27-191816

Bu gün Azərbaycanda Elm günüdür. Elm gününün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir.

AzPost Modern.az-a istinadən xəbər verir ki, 2025-ci il dövlət büdcəsində elm sahəsinə ayrılan xərclər 244,4 milyon manat olaraq nəzərdə tutulub. Bu rəqəm əvvəlki illə müqayisədə 3,5 faiz artım deməkdir.

Bu ilin yanvar ayında AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Artımdan sonra AMEA Prezidentinin maaşı 4079 manata çatıb. AMEA-nın 1-ci vitse-prezidenti 2824, vitse-prezidenti, akademik katibi 2611 manat maaş alır. Digər işçilərin maaşları aşağıdakı kimidir:

Sıra

№-si

Vəzifələrin adı Aylıq vəzifə maaşı

(manatla)

1. AMEA-nın prezidenti 4079
2. AMEA-nın 1-ci vitse-prezidenti 2824
3. AMEA-nın vitse-prezidenti, akademik katibi 2611
4. AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik-katibi 1952
5. İdarə rəisi 1888
6. AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini 1825
7. İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbə rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi 1555
8. Qeyri-əsas şöbənin rəisi, sektor müdiri 1135
9. Qeyri-əsas şöbə rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi 1072
10. Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri 999
11. Aparıcı mütəxəssis 905
12. Mütəxəssis 826

Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb. Qərara əsasən bölmənin sədrinin maaşı 2611 manat olub.

Elmlər Akademiyasında çalışan alimlərin maaşları isə tam açıqlanmayıb. Ötən ilin sonlarında Milli Məclisdə bildirilib ki, Elmlər Akademiyasında çalışan alimlərimizin tarif cədvəli üzrə maaşlarından vergilər çıxıldıqdan sonra kiçik elmi işçi 420 manat, elmi işçi 453 manat, böyük elmi işçi 489 manat, aparıcı elmi işçi 527 manat, baş elmi işçi və şöbə müdiri 576 manat məvacib alır.

Həmçinin fəlsəfə doktoruna elmi rəhbərlik edən alimə verilən məvacib aylıq 23-24 manat civarındadır.

Bundan başqa, son illərdə bir neçə dəfə ölkədə təxminən maaşlar 10-20 faiz artırılıb. Bu artımlar Elmlər Akademiyasının Rəyasət Heyətinə şamil edilsə də, institutlara şamil edilməyib. Nəticədə, Rəyasət Heyətində çalışan adi mütəxəssis institutlardakı elmlər doktoru, professor, şöbə müdirindən yuxarı maaş alır.

2025-ci il büdcə layihəsinə görə ortaaylıq əməkhaqqının cari illə müqayisədə 90,1 manat artırılaraq 1080,1 manata çatdırılması proqnozlaşdırılır. Bu da Elmlər Akademiyasında çalışan alimlərimizin aldığı məvacib orta aylıq əməkhaqqından təxminən 2 dəfə aşağı olduğunu göstərir.

Müşahidələr onu da deməyə əsas verir ki, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinə görə verilən müvafiq olaraq 60 və 100 manat məbləğ 2017-ci ildən sonra son 8 ildə artırılmayıb.

Post navigation

Previous: İran ABŞ-la danışıqlara hazır olduğunu bəyan edib
Next: Rusiya ilə danışıqlarda Avropanı Britaniya və Fransa təmsil edəcək

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.