“Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələrin təşkil ediləcək.
AzPost apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
O bildirib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var:
“Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu, artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunur”.
Qeyd edək ki, sonuncu dəfə 18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzalanıb. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif olunub.
Həmin tarixlə Prezident sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilib.
Ümumilikdə konstitusiyanın 29 maddəsində dəyişiklik edildi. Referendumda qəbul edilən əsas dəyişikliklər:
- Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması.
- Azərbaycan prezidenti seçilmək üçün yaş məhdudiyyətinin 35 yaşdan 18 yaşa düşürülməsi.
- Birinci vitse-prezident və vitse-prezident vəzifələrinin yaradılması.
- Prezidentin öz vəzifəsini vaxtından əvvəl tərk etməsi halında, yeni dövlət başçısı seçilənədək onun səlahiyyətlərinin birinci vitse-prezident tərəfindən icra edilməsi.
- Prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərini elan etmək hüququnun verilməsi.
- Milli Məclisə üzv seçilmək üçün yaş məhdudiyyətinin 25 yaşdan 18 yaşa düşürülməsi.