Azercell “1 manat -1 gün” tarif sistemindən imtina etdi

Azercell Telekom
Azercell Telekom
Azercell “1 manat -1 gün” tarif sistemindən imtina edib.
AzPost bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
“Baxıram ki, son 2 gündə Azercell yeni tariflərlə bağlı bir neçə fərqli açıqlamalar verib.
Yeni açıqlamalarından da görünür ki, nömrənin aktivliyi üçün “1 manat- 1 gün” sistemindən imtina ediblər. Yəni nömrənin AKTİV qalma müddətini məcburi olaraq BALANS ARTIRMA MƏBLƏĞİ ilə birbaşa əlaqələndirən əvvəlki sistemdən imtina edilib. Yeni təklif olunan sistemdə balansa məbləğdən asılı olmayan yükləmə ilə nömrəni aktiv saxlamağın mümkün olacağı görünür”.
Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunub.
“İstənilən halda, Azercelli-in son bir aydakı tarif dəyişikliklərinə, ümumiyyətlə son aylardakı qiymət siyasətinə nəzər salanda görmək olur ki, bu dövlət şirkəti müştərilərə məcburi davranış dəyişikliyi təklif edir, seçimlər məhdudlaşdırılır, abonentləri daha çox xərcləməyə təşviq edir . Bütün bunların da sosial narahatlıqlar və rəqəmsal bərabərsizliklər yaradacağı şəksizdir.
Ümumiyyətlə , düşünürəm ki bu dövlət şirkətinin apardığı siyasətlə bağlı aidiyyatı qurumların da iştirakı ilə bir ictimai müzakirənin təşkili da faydalı olardı”-deyə O Gündüz bildirib.
Onun sözlərinə görə, beynəlxalq hesabatlara baxanda görmək olur ki, Azercell-də ARPU (hər abonent üzrə aylıq orta gəlir) təxminən 5-10 manat civarında dəyişir: “Bəlkə də xərcləri hədsiz çoxdur. Belə olan halda isə bu dərəcədə sərt tarif siyasəti aparmaq, xüsusən də dövlət şirkəti üçün anlaşılan deyil. Ümid edirəm Azercell son tarif dəyişikliklərinə, aparılan qiymət siyasətinə aydınlıq gətirən ağlabatan açıqlamalar verəcək”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.