Paytaxtın Badamdar şosesinin Abbasqulu Abbaszadə küçəsi ilə kəsişməsindəki piyada səkisi zəbt edilib. Bu barədə AzPost-a vətəndaşlardan biri foto göndərib. Belə ki, səkinin düz ortasında Azərişıq ASC-yə məxsus olan elektrik qutusu (şit) qoyulub. Bu isə səkini piyadalar üçün həm keçilməz edir, həm də təhlükə yaradır.
Nəzərə alsaq ki, ki kəsimədə səkini işıqfor və kamera dirəyi daraldır, keçid üçün uyğun olan yeri isə Azərişıq tutub piyadalar necə hərəkət edəcək bəlli deyil.
Fotonu təqdim edirik:
