Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC-nin şirniyyat və qəlyanaltı məhsulları alıb.
Pravda.az-ın xəbərinə görə, AzInTelekom bu məqsədlə “F-S Musa Turabov Venskaya Skazka” ilə müqavilə bağlayıb.
Alınacaq məhsullara 5 980 AZN xərclənib.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.