“Azneft” Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

“Azneft” İstehsalat Birliyi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Azpost.info xəbər verir ki, iddia Bakı İnzibati Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir. Təfərrüatlar açıqlanmasa da, ehtimal edilir ki, məhkəmə çəkişməsinin kökündə “Azneft”in balansında olan torpaq sahələrinin fərdi istifadəyə verilməsi dayanır. Oxşar proses Sulutəpə qəsəbəsindəki torpaqlarla bağlı da baş vermişdi.

Hüseyn

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.