“AzSığorta” ASC-nin sığorta haqqı azalarkən, sığorta ödənişi artıb.
Valyuta.az xəbər verir ki, sığorta şirkəti 2025-ci ilin yanvar-aprel aylarında 3 milyon 400 min sığorta haqqı toplaya bilib.
Hesablamalara əsasən bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 296 min manat və ya 8% azalma deməkdir.
2024-cü ilin yanvar-aprel aylarında “AzSığorta” ASC-nin sığorta haqqı 3 milyon 696 min manat təşkil edib.
Məlumata görə, sığorta şirkəti 2025-ci ilin yanvar-aprel aylarında 615 min manat sığorta ödənişi həyata keçirib. Ötən ilin eyni dövründə isə bu məbləğ 398 min manat olub. Nəticə etibarı ilə illik müqayisədə sığorta ödənişlərində 217 min manat və ya 54,5% artıb.
Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib.
Şirkət ötən ilin yanvar-aprel aylarında topladığı hər 100 manatdan təxminən 10,8 manatını, bu ilin eyni dövründə isə 18,1 manatını ödənişə yönəldib.