“AzToyuq”da vergi yoxlaması: Pozuntular aşkarlandı

Toyuq
Toyuq
“AzToyuq” MMC quşçuluq fabrikində vergi yoxlaması həyata keçirilib.
Dövlət Vergi Xidmətinin operativ vergi nəzarəti (OVN) tədbiri zamanı pozuntular aşkarlanıb.
MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında – AKT-a əsasən 4000 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan quşçuluq fabrikinin qanuni təmsilçisi Qaffarov Elçin Xalid oğludur. Sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 39616.12 AZN vergi borcu var.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.