“Tramp dünyanı xaosa aparır” –SSRİ-nin eks- prezidenti Qorbaçovdan açıqlama

“ABŞ prezidenti Trampın administrasiyasının apardığı siyasət dünyanı strateji xaosa aparır”.

Azpost.info bildirir ki, bu sözləri SSRİ-nin sabiq Prezidenti Mixail Qorbaçov Yaponiyanın “Aşahi” qəzetinə müsahibəsində deyib. “Nüvə silahına dair bütün çərçivələri dağıtmağa çağıran Tramp administrasiyası dünyanı xaosa və qeyri-müəyyən gələcəyə aparır”- deyə Qorbaçov bildirib.

Onun sözlərinə görə, hazırda dünyada hərbi texnologiyalar inkişaf edir, yenni sliahlar yaradılır. Odur ki, nüvə silahı ilə bağlı tərksilahı ciddi şəkildə beynəlxalq gündəliyə salmaq üçün cəylər gücləndirilməlidir.

Qorbaçov deyib ki, münasibətləri hərbi münaqişə həddinə çatdırmış rəqabət və siyasəti əməkdaşlıq münasibətləri əvəz etməlidir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov Ermənistanın XİN başçısına cavab verdi

Sonrakı məqalə

AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq –