Azərbaycan Qazaxıstandan taxıl idxalını 120 dəfə artırıb

buğda
buğda

2024-cü ilin sentyabrından 2025-ci ilin iyuluna qədər Qazaxıstan xarici ölkələrə taxıl ekvivalentində 12,4 milyon ton taxıl və un ixrac edib ki, bu da 2023-2024-cü ilin analoji dövrü ilə müqayisədə 34 faiz (9,3 milyon ton) çoxdur.

AZƏRTAC Qazaxıstan Respublikası Kənd Təsərrüfat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni məhsul olan taxıl və unun Azərbaycana tədarükü 120 dəfə – 6 min tondan 723 min tona qədər artıb.

Qeyd edilir ki, Qazaxıstanın taxıl tədarükçüləri Azərbaycan, Gürcüstan və Türkiyəyə son 5 il ərzində dayandırılan ixracı bərpa ediblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.