Azərbaycan taekvondo millisi Paralimpiadada ikinci yeri tutub

Kişi parataekvondoçulardan ibarət Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında ikinci yeri tutub.

Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal əldə ediblər.

İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib.

Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb.

Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.