Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edərkən Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşünü məmnunluqla xatırlayıb.
Dövlət başçısı bu görüş əsnasında Fələstində Azərbaycan tərəfindən məktəbin tikilməsi layihəsi barədə müraciətin olduğunu qeyd edərək, buna müsbət münasibətin bildirildiyini və tezliklə bu layihənin icra olunacağını deyib.
Dövlət başçısı Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin açılmasını müsbət addım kimi dəyərləndirib.