Azərbaycan və Ermənistan liderləri arasında görüşün qrafiki açıqlanıb

Avropa İttifaqı Şurası Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşlərin qrafikini açıqlayıb.

Avropa İttifaqı Şurasının rəsmi saytında dərc olunan məlumatda qeyd olunub ki, Şarl Mişel mayın 13-də Brüssel vaxtı ilə saat 19:00-da Nikol Paşinyanla görüşəcək.

Mişel və İlham Əliyev arasında ikitərəfli görüş mayın 14-ü Brüssel vaxtı ilə saat 09:00-a, Mişel, İlham Əliyev, Paşinyan üçtərəfli görüşü isə saat 13:00-a planlaşdırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.